إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ramazan ayının ehtimal olunan ikinci “Qədr Gecəsinin” əməlləri

Bu axşam-5 iyun şam azanından sonra(gün batdıqdan sonra) mübarək Ramazan ayının 21-ci gecəsi - Ehtimal olunan ikinci "Qədr gecəsi" daxil olur

Rəvayətlərdə bu gecənin Ramazan ayının ilk “Qədr gecəsi" ilə müqayisədə daha  fəziləti olduğu bildirilir

İkinci Qədr gecəsində yerinə yetirilməsi tövsiyyə olunan əməllərdən bəzilərini nəzərinizə çatdırırıq:

Qədr gecəsində müəyyən miqdar sədəqə çıxarılması və ya ayrılması xüsusi tövsiyyə olunan əməllərdəndir.

 

Bu gecə hamıya haqqınızı halal edəsiz, Sizə pislik edən hər kəsi bağışlayasız ki, Allah da Sizə rəhmət nəzəri ilə baxsın.

1. Qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir: «Əhya gecəsinin qüslünü edirəm qürbətən ilallah». Bu qüslün böyük savabı vardır.

2. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul   olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: «İlahi, sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram.»

3. Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: «ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm.»

4. Qədr gecəsinin namazı: Qədr gecəsində qılınan namazın böyük şərəfati vardır. Qədr gecəsinin namazı məğrib və işa namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir:

Niyyət: «Qədr gecəsinin namazını qılıram qürbətən ilallah». Sübh namazı kimi iki rəkətlidir.Hər rikətdə "Həmd" surəsindən sonra 7 dəfə mübarək «İxlas» surəsi oxunmalıdır. Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq yetmiş dəfə «Əstəğfirullahə və ətubu iləyh» deyilir.


İmam Sadiq (ə) buyurur: «Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə «Əstəğfirullahə və ətubu iləyh» deyərsə, səcdədən qalxmamış Allahu-təala (c.c.) onun özünün və ata-anasının günahlarını bağışlayar.»


5. Quran oxumaq

6.Peyğəmbər(s) və onun Əhlibeytinə(ə)bacardığınız qədər salavat göndərmək;


7.Bacardığınız qədər istiğfar etmək(Allahdan bağışlanmaq istəmək) -"Əstəğfirullahə rəbbi və ətubu iləyh"

8. İmam Əlinin(ə) ziyarətini oxumaq;

9. İmam Əlinin(ə) qatilinə yüz dəfə lənət oxumaq: “Allahumməl’ən qətələtə əmirəl-mu’minin”;

10.İmam Hüseyn(ə) və Kərbəla şəhidlərinin(ə) bu gecəyə aid ziyarətnaməsini oxumaq;


11. 100 (Yüz) rəkət (sübh namazı kimi) müstəhəbbi namaz qılmaq. (Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını qıla bilər. Bunun savabı həm 100 rəkətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)


12.Quranı başa qoyub Allahu-təalanın (c.c.), peyğəmbərin və imamların adlarına and verməklə Allahu-təaladan (c.c.) günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahu-təalanın (c.c.) insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: «Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam». Həzrət Peyğəmbər (s.a.a.v.) buyurur: «Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar. Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu cəhənnəmə tərəf yönəldər.» (Yəni, hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhənnəmə vasil olar.)


Quranı başa qoyub Allahu-təalaya (c.c.) və 14 məsuma and verməyin mənası budur ki, «Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və səndən öz istək və ehtiyaclarımı diləyirəm.»


İmam Hüseyni (ə) ziyarət etmək.


Belə bir rəvayət var: “Qədr gecəsi yeddinci səmadan, ərşin üstündən bir carçı car çəkərək deyər:


“Allah İmam Hüseynin (ə) ziyarətinə gələn bütün şəxsləri bağışladı”.


Bu gecələri əhya saxlamaq (şam azanından sübh azanına qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq).


: Yüz rəkət namaz (əlli dəfə iki rəkətli namaz) qılmaq.


Bu namazların olduqca çox savab və fəziləti vardır. Daha yaxşı olar ki, hər rəkətdə “Fatihə” surəsindən sonra on dəfə “İxlas” surəsi oxunsun.


Bu duanı oxumaq:


“اَللّهُمَّ اِنّى اَمْسَيْتُ لَكَ عَبْداً داخِراً لا اَمْلِكُ لِنَفْسى نَفْعاً وَلا ضَرّاً وَلا اَصْرِفُ عَنْها سُوءاً اَشْهَدُ بِذلِكَ عَلى نَفْسى وَاَعْتَرِفُ لَكَ بِضَعْفِ قُوَّتى وَقِلَّةِ حيلَتى فَصَلِّ عَلى مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ وَاَنْجِزْ لى ما وَعَدْتَنى وَجَميعَ الْمُؤْمِنينَ وَالْمُؤْمِناتِ مِنَ الْمَغْفِرَةِ فى هذِهِ اللَّيْلَةِ وَاَتْمِمْ عَلَىَّ ما اتَيْتَنى فَاِنّى عَبْدُكَ الْمِسْكينُ الْمُسْتَكينُ الضَّعيفُ الْفَقيرُ الْمَهينُ اَللّهُمَّ لا تَجْعَلْنى ناسِياً لِذِكْرِكَ فيما اَوْلَيْتَنى وَلاغافِلاً لاِِحْسانِكَ فيما اَعْطَيْتَنى وَلا ايِساً مِنْ اِجابَتِكَ وَاِنْ اَبْطَاَتْ عَنّى فى سَرّآءَ اَوْ ضَرّآءَ اَوْ شِدَّةٍ اَوْ رَخآءٍ اَوْ عافِيَةٍ اَوْ بَلاءٍ اَوْ بُؤْسٍ اَوْ نَعْمآءَ اِنَّكَ سَميعُ الدُّعآءِ”


Duanın oxunuşu:


“Əllahummə inni əmsəytu ləkə 'əbdən daxira, la əmliku linəfsi nəf'ən və la zərra, və la əsrifu 'ənha su'a, əşhədu bizalikə 'əla nəfsi, və ə'tərifu ləkə biz'əfi quvvəti, və qilləti hiləti, fəsəlli 'əla muhəmmədin və ali muhəmməd, və ənciz li ma və'ədtəni, və cəmi'l-mu'mininə vəl-mu'minati minəl-məğfirəti, fi hazihil-ləyləh, və ətmim ələyyə ma atəytəni, fə-inni 'əbdukəl-miskinul-mustəkinuz-zə'iful-fəqirul-məhin, əllahummə la təc'əlni nasiyən li-zikrikə fi-ma əvləytəni, və la ğafilən li-ihsanikə fi-ma ə'təytəni, və la ayisən min icabətikə, və-in əbtə'ət 'ənni fis-sərrai əv zərrai əv şiddətin əv rəxa'in əv 'afiyətin əv bəla'in əv bu'sin əv nə'ma'ə, innəkə səmi'ud-du'ai”.


Duanın tərcüməsi:


“İlahi bu gecəyə Sənə kiçik və xar olmuş bir bəndə olaraq girdim. Özüm üçün heç bir xeyir və zərər verə bilmirəm. Özümdən pis bir hadisəni kənarlaşdıra bilmirəm. Özümə qarşı bunlara şəhadət verirəm. Sənin qarşında öz gücümün zəifliyinə və çarəmin azlığına etiraf edirəm. İlahi Məhəmməd və onun ailəsinə salavat göndər. Bu gecədə mənə və bütün mömin kişi və qadınlara vədə verdiyin bağışlamaya vəfa et. Mənə verdiklərini (nemətlərini) kamil et. Həqiqətən mən Sənin miskin, əlacsız, zəif, fəqir, xar bəndənəm. İlahi, məni Sənin mənə verdiyin nemətlər qarşısında Sənin zikrini unudanlardan və mənə əta etdiyin ehsanı yaddan çıxaranlardan qərar vermə. İlahi məni Sənin mənim dualarını qəbul etməndən naümid olanlardan qərar vermə, baxmayaraq ki, (duamdan) uzun zaman ötsə belə. İstər xoş vaxtda olum istərsə də narahat, istər çətinlikdə olum istərsə də asanlıqda, istər sağlamlıqda olum istərsə də bəlada, istər ehtiyacda olum istərsə də nemətdə. Həqiqətən sən duaları eşidənsən!”

Kəf'əmi rəvayət edib ki, İmam Zeynəl-abidin (ə) bu duanı bu gecələrdə ayaq üstə (qiyam halında), oturduqda, rüku və səcdə halında oxuyurdu.

Duanın oxunuşu: Ya muləyyinəl hədidi li-Davudə ələyhis-səlam, ya kaşifəz-zurri vəl kərbil izami ən Əyyubə ələyhis-səlam, əy mufərricə həmmi Yə`qubə ələyhis-səlam, əy munəffisə ğəmmi Yusufə ələyhis-səlam, səlli əla Muhəmmədin və ali-Muhəmməd, kəma əntə əhluhu ən tusəlliyə ələyhim əcməin, vəf`əl bi ma əntə əhluh, və la təf`əl bi ma ənə əhluh.


Duanın tərcüməsi: Ey dəmiri Davudun (ə) əlilə yumşaldan, ey ağrı-acıları və qəm-qüssələri Əyyubdan (ə) uzaqlaşdıran, ey Yəqubun (ə) kədərini aparan, ey Yusifin (ə) qəm-qüssəsini aradan qaldıran, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, Sənə layiq olduğu kimi, onların hamısına salam yetir və mənə deyil, Sənə layiq olduğu kimi mənimlə rəftar et!


9. Bu duanı oxumaq:


يَا مُولِجَ اللَّيْلِ فِي النَّهَارِ وَ مُولِجَ النَّهَارِ فِي اللَّيْلِ وَ مُخْرِجَ الْحَيِّ مِنَ الْمَيِّتِ وَ مُخْرِجَ الْمَيِّتِ مِنَ الْحَيِّ يَا رَازِقَ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ يَا اللَّهُ يَا رَحْمَانُ يَا اللَّهُ يَا رَحِيمُ يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ لَكَ الْأَسْمَاءُ الْحُسْنَى وَ الْأَمْثَالُ الْعُلْيَا وَ الْكِبْرِيَاءُ وَ الْآلاءُ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَجْعَلَ اسْمِي فِي هَذِهِ اللَّيْلَةِ فِي السُّعَدَاءِ وَ رُوحِي مَعَ الشُّهَدَاءِ وَ إِحْسَانِي فِي عِلِّيِّينَ وَ إِسَاءَتِي مَغْفُورَةً وَ أَنْ تَهَبَ لِي يَقِينا تُبَاشِرُ بِهِ قَلْبِي وَ إِيمَانا يُذْهِبُ الشَّكَّ عَنِّي وَ تُرْضِيَنِي بِمَا قَسَمْتَ لِي وَ آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَ فِي الْآخِرَةِ حَسَنَةً وَ قِنَا عَذَابَ النَّارِ الْحَرِيقِ وَ ارْزُقْنِي فِيهَا ذِكْرَكَ وَ شُكْرَكَ وَ الرَّغْبَةَ إِلَيْكَ وَ الْاِنَّابَةَ وَ التَّوْفِيقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ عَلَيْهِ وَ عَلَيْهِمُ السَّلامُ


Duanın oxunuşu: Ya mulicəl-ləyli fin-nəhar, və mulicən-nəhari fil-ləyl, və muxricəl həyyi minəl məyyit, və muxricəl məyyiti minəl həyy, ya raziqə mən yəşau biğəyri hisab, ya Əllahu ya rəhman, ya Əllahu ya rəhim, ya Əllahu ya Əllahu ya Əllah, ləkəl əsmaul husna vəl əmsalul ulya, vəl kibriyau vəl ula, əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali-Muhəmməd, və ən təc`ələsmi fi hazihil-ləyləti fis-suəda, və ruhi məəş-şuhəda, və ihsani fi illiyyinə və isaəti məğfurəh, və ən təhəbə li yəqinən tubaşiru bihi qəlbi, və imanən yuzhibuş-şəkkə ənni, və turziyəni bima qəsəmtə li, və atina fid-dunya həsənətən və fil axirəti həsənəh, və qina əzabən-naril həriq, vərzuqni fiha zikrəkə və şukrək, vər-rəğbətə iləykə vəl inabətə vət-təvfiq, lima vəffəqtə ləhu Muhəmmədən və alə-Muhəmməd, ələyhi və ələyhimus-səlam.


Duanın tərcüməsi: Ey gecəni gündüzə, gündüzü də gecəyə daxil edən, dirini ölüdən, ölünü də diridən çıxaran! Ey istədiyinə saysız-hesabsız ruzi verən! Ey Allah, ey bağışlayan! Ey Allah, ey mehriban! Ey Allah, ey Allah, ey Allah! Gözəl adlar, ali məsəllər, böyüklük və nemətlər yalnız Sənə məxsusdur. Səndən istəyirəm ki, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam göndərəsən, bu gecə adımı (əbədi) səadətə çatanlar və ruhumu şəhidlər sırasında, ehsanımı “İlliyyin”də və günahlarımı bağışlanmış qeyd edəsən. Mənə qəlbimlə birbaşa rabitədə olan yəqin (dərəcəsi), şəkki aradan qaldıran iman əta edəsən və məni qismət etdiklərinə razı salasan. Bizə dünya və axirətdə yaxşılıq əta edəsən, bizi cəhənnəmin yandırıcı əzabından saxlayasan, bu gecə məni zikrinə, şükrünü yerinə yetirməyə, Sənə rəğbətli olmağa, tövbəyə, Mühəmməd və Mühəmmədin Əhli-beytinə əta etdiyin müvəffəqiyyətə nail edəsən!


10. Bu duanı oxumaq:


اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اقْسِمْ لِي حِلْما يَسُدُّ عَنِّي بَابَ الْجَهْلِ وَ هُدًى تَمُنُّ بِهِ عَلَيَّ مِنْ كُلِّ ضَلالَةٍ وَ غِنًى تَسُدُّ بِهِ عَنِّي بَابَ كُلِّ فَقْرٍ وَ قُوَّةً تَرُدُّ بِهَا عَنِّي كُلَّ ضَعْفٍ وَ عِزّا تُكْرِمُنِي بِهِ عَنْ كُلِّ ذُلٍّ وَ رِفْعَةً تَرْفَعُنِي بِهَا عَنْ كُلِّ ضَعَةٍ وَ أَمْنا تَرُدُّ بِهِ عَنِّي كُلَّ خَوْفٍ وَ عَافِيَةً تَسْتُرُنِي بِهَا عَنْ كُلِّ بَلاءٍ وَ عِلْما تَفْتَحُ لِي بِهِ كُلَّ يَقِينٍ وَ يَقِينا تُذْهِبُ بِهِ عَنِّي كُلَّ شَكٍّ وَ دُعَاءً تَبْسُطُ لِي بِهِ الْإِجَابَةَ فِي هَذِهِ اللَّيْلَةِ وَ فِي هَذِهِ السَّاعَةِ السَّاعَةِ السَّاعَةِ السَّاعَةِ يَا كَرِيمُ وَ خَوْفا تَنْشُرُ [تُيَسِّرُ] لِي بِهِ كُلَّ رَحْمَةٍ وَ عِصْمَةً تَحُولُ بِهَا بَيْنِي وَ بَيْنَ الذُّنُوبِ حَتَّى أُفْلِحَ بِهَا عِنْدَ الْمَعْصُومِينَ عِنْدَكَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ


Duanın oxunuşu: Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, vəqsim li hilmən yəsuddu ənni babəl cəhl, və hudən təmunnə bihi ələyyə min kulli zəlaləh, və ğinən təsuddu bihi ənni babə kulli fəqr, və quvvətən təruddu biha ənni kullə zə`f, və izzən tukrimuni bihi ən kulli zull, və rif`ətən tərfəuni biha ən kulli zə`f, və əmnən təruddu bihi ənni kulli xəvf, və afiyətən təsturuni biha ən kulli bəla, və ilmən təftəhu li bihi kullə yəqin, və yəqinən tuzhibu bihi ənni kullə şəkk, və duaən təbsutu li bihil icabətə fi hazihil-ləyləh, və fi hazihis-saətis saətis saətis saəti ya kərim, və xəvfən tənşuru (tuyəssiru) li bihi kullə rəhməh, və ismətən təhulu biha bəyni və bəynəz-zunub, hətta uflihə biha indəl mə`suminə indək, birəhmətikə ya ərhəmər-rahimin.

Duanın tərcüməsi: İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, ey kərim Allah, bu gecə və bu saat (üç dəfə) mənə nadanlıq qapısını üzümə bağlayan helm, azğınlıqlardan saxlayan hidayət, yoxsulluqlar qapısını bağlayan ehtiyacsızlıq, zəiflikləri aradan qaldıran qüdrət, xarlıq və zəlillikləri başıucalıqla əvəz edən izzət, həqarət və alçaqlıqlardan qoruyan uca məqam, qorxunu aparan əmin-amanlıq, bəla və müsibətləri örtən sağlamlıq, yəqinliyi üzümə açan elm, şəkk-şübhəni aparan yəqinlik, qəbul olunmağa yaxın olan dua, rəhmətə səbəb olan xof məqamı, məsumların yanında başıuca olmağım üçün mənimlə günahlar arasında fasilə salan ismət məqamı nəsib et! Sənə and verirəm rəhmətini, ey rəhmlilərin ən rəhimlisi!

Gecənin qeyd olunan xüsusi dua və ziyarətlələri ilə aşağda qeyd olunan linkdən tanış ola bilərsiniz

http://ahlibeyt.az/news/a-5382.html

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyun, 2018  10:47 Çap

Bu bölmədə


© 2019 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com