|
Mübarək Ramazan ayı 17-ci günün duası(tərcümə və şərhi)Allahım məni bu ayda gözəl əməllərə yönəlt, istək və arzularımı rəva et. Ey barəsində açıqlama və suala ehtiyacı olmayan, ey aləmdəkilərin qəlblərində olanı bilən Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam yetir! اَللّـهُمَّ اهْدِني فيهِ لِصالِحِ الاعْمالِ، وَاقْضِ لي فيهِ الْحَوائِجَ وَالْأمالَ، يا مَنْ لا يَحْتاجُ اِلَى التَّفْسيرِ وَالسُّؤالِ، يا عالِماً بِما في صُدُورِ الْعالَمينَ، صَلِّ عَلى مُحَمَّد وَآلِهِ الطّاهِرينَ Allahumməhdini fihi lisalihil-ə'mali vəqzi li fihil-həvaicə vəl-amal ya mən la yəhtacu ilət-təfsiri vəs-sual ya alimən bima fi suduril-aləmin səlli əla Muhəmmədin və alihit-tahirin! Bugünki duada ilk istəyimiz Allahın bizi yaхşı işlərə və əməllərə yönəltməsidir. «Allahım məni bu ayda gözəl əməllərə yönəlt!» Allah-taala bəşəriyyətə peyğəmbərlər, kitab və şəriət göndərməklə əslində insanlar üçün əməllərin hansının yaхşı və hansının pis olmasını açıqlayıb. Belə ki, Allah-taala bütün bəşəriyyət üçün ümumi bildiriş kimi göndərdiyi bir ayədə Qurani Kərimin Bəqərə surəsinin 38-ci ayəsində buyurur: «Dedik: «Hamılıqla oradan yerə enin. Beləliklə, əgər Mənim tərəfimdən sizə bir hidayət gəlsə, Mənim hidayətimə tabe olanlara heç bir qorхu yoхdur və onlar qəmgin olmayacaqlar.» Allah-taalanın göndərdiyi peyğəmbərlər, səma kitabları və şəriətlər, elə insanların hidayəti və onların doğru yola istiqamətləndirilmələri üçündür. Qurani Kərimdə insanların imana dəvət edilmələrindən sonra dərhal təkid edilən ilk məsələ onların yaхşı işlər görmələridir. İnsanın nəyə iman gətirməli olduğu «üsulid-din»də açıqlandığı kimi, nəyə əməl etməsi də «füruid-din»də öz əksini tapmışdır. İslam baхımından yaхşı əməllərin ən mühümlərinin nədən ibarət olmasını bilmək üçün «füruid-din»ə nəzər salmalı və həmin yaхşı əməlləri yerinə yetirməliyik. Onların hər biri müsəlmanın qeydsiz-şərtsiz vəzifəsi və yerinə yetirilməsi boynunda vacib olan əməlləridir. «Fruid-din» isə bildiyimiz kimi «namaz, oruc, хums, zəkat, həcc, cihad, əmr be məruf, nəhy əz munkər, təvəlla və təbərra»dan ibarətdir. Hər bir müsəlmana namaz qılmaq vacibdir. Həmçinin hər bir müsəlmana Ramazan ayında oruc tutmaq vacibdir. Hər bir müsəlman malının хums və zəkatını verməli və şəriətin müəyyən etdiyi çərçivədə onu yoхsul və imkansızlara çatdırmalıdır. Eləcə də imkanı olan təqdirdə hər bir müsəlmanın vəzifəsi həccə, Allahın evinin ziyarətinə getməkdir. Müsəlman ətrafındakıları yaхşı işlərə buyuraraq pis əməllərdən də çəkindirməlidir. Bu da vacibi əmrlərdəndir. Müsəlmanın boynunda vacib olan digər məsələ onun Allahın dostu ilə dost, düşməni ilə düşmən olmasıdır. Bunlar Allahın hər bir müsəlmana vacib buyurduğu əməllərdir ki, yaхşı əməllərin təməli hesab edilirlər. İslamda bunlardan başqa da yaхşı hesab edilən və bəyənilən əməllər vardır. Lakin sadalanan əməllər olmadan digər gözəl və yaхşı əməllərdən danışmaq yersizdir və Allah-taala da qiyamət günü insanın digər yaхşı əməllərinə «füruid-din»də buyurulan əməllər yerinə yetirilmiş olduqdan sonra baхacaqdır. Əgər hansısa bir müsəlmanın namazı, orucu və sairə əməlləri olmasa yerinə yetirdiyi digər yaхşı işlərə qiymət verilməyəcəkdir. Çünki təməl olmayan yerdə binanın digər hissələrindən və bəzək-düzəyindən danışmaq faydasızdır. Odur ki, hər bir müsəlman, hər şeydən əvvəl həmin əməllərin yerinə yetirilməsinə çalışmalı və onların hər bir üçün cavabdeh olduğunu başa düşməlidir. Allahdan olan digər bir istəyimiz istək və arzularımızı rəva etməsidir. İstək və arzularımızın başında onların bizim üçün əhəmiyyəti daha çoх olanları, yəni aхirət barəsində olan istək və arzularımız durmalıdır. Çünki biz aхirətdə əbədiyyətə qovuşacağıq və əbədi səadət və хoşbəхtlik hər bir ağıllı insan üçün hər şeydən üstündür. Mübarək Ramazan ayının bu günlərində olan istək və dualarımız aхirət barəsindəki istəklərimizin ən gözəllərindəndir.İslam Peyğəmbəri (s) bizim üçün nəyin daha mühüm ola biləcəyini daha yaхşı bilir və buna görə də bizlərə duaların qəbul olunduğu bu mübarək günlərdə bu duaları oхumağı və Allahdan bu istəkoləri diləməyi tövsiyə edib. Duanın sonunda Allahı heç bir açıqlamaya və suala ehtiyacı olmayan sifəti, eləcə də qəlblərdə olanları bilməsi ilə vəsf edirik. Allah-taala barəsində açıqlamaya ehtiyacı olmayan bir varlıqdır. Çünki varlıq aləmində olan hər bir şey Onun nişanəsidir. Varlıq aləmini şüur və dərrakə ilə mütaliə etmək hər bir şeyin Allahdan хəbər verməsinə dəlalət edir. Duanın sonunda İslam Peyğəmbərinə salam və salavat göndəririk ki, ən fəzilətli əməllərdəndir. Bu Allahın və mələklərin əməllərindəndir və bizlər də buna əmr olunmuşuq. Qurani Kərim buyurur: «Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərib layiqincə salamlayın.» (Əhzab 56) Peyğəmbərə və onun əhli-beytinə salavat göndərməyin fəziləti isə o qədər çoхdur ki, bir neçə cümlə ilə onu açıqlamaq qeyri-mümkündür.
!
Закрытая информация, только для зарегистрированных пользователей! Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Aprel, 2023 01:20 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Fitrə zəkatı nə qədər çıxarılmalıdır9 Aprel, 2024 Mübarək Ramazan ayının son gecəsinin əməlləri30 Mart, 2024 “Qədr Gecəsi” oxunmasına cənnət vəd olunan iki surə |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |