إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübarək Ramazan günlərinin savabları - 15-ci gün

İmam Sadiq (ə) buyurur:

"Həqiqətən Ramazan ayında səmanın qapıları açılır və Şeytan zəncirlənir. Bu ayda möminlərin əməlləri qəbul olunar. Ramazan ayı necədə gözəl aydır. Bu ay Allah-Rəsulunun dövründə " əl-mərzuq” (ruzilənmiş ay) adlanırdı"

Səid ibn Cubeyr deyir:İbn Abbasdan soruşdum - Bir kəs ki, Ramazan ayının haqqını tanıyıb oruc tutsa, onun savabı nədir? ...

İbn Abbas cavab verdi:

Allah Rəsulundan eşitmişəm ki, buyurub:

Əgər ramazan ayında sizə verilən savabı bilsəydiniz bu zaman Allaha çoxlu şükür edərdiniz:

"Ramazan ayının on beşinci günü Allah-təala sizin dünya və axirət istəklərinizi yerinə yetirər və sizə Həzrəti Əyyuba (ə) əta etdiyini əta edər, dualarınızı qəbul edər. Ərşi daşıyan mələklər sizin üçün istiğfar edər. Allah qiyamətdə sizə qırx nur əta edər ki, onun onu sizin sağ tərəfinizdə, onu sol tərəfinizdə, onu önünüzdə və onu arxa tərəfinizdə olar."

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyun, 2017  19:32 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!