إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübarək Ramazan günlərinin savabları - 14-cü gün

İmam Sadiq (ə) buyurur:

"Həqiqətən Ramazan ayında səmanın qapıları açılır və Şeytan zəncirlənir. Bu ayda möminlərin əməlləri qəbul olunar. Ramazan ayı necədə gözəl aydır. Bu ay Allah-Rəsulunun dövründə " əl-mərzuq” (ruzilənmiş ay) adlanırdı"

Səid ibn Cubeyr deyir:İbn Abbasdan soruşdum - Bir kəs ki, Ramazan ayının haqqını tanıyıb oruc tutsa, onun savabı nədir? ...

İbn Abbas cavab verdi:

Allah Rəsulundan eşitmişəm ki, buyurub:

Əgər ramazan ayında sizə verilən savabı bilsəydiniz bu zaman Allaha çoxlu şükür edərdiniz:

"Ramazan ayının on dördüncü günü Allah-təala sizə Adəm (ə), Nuh (ə), İbrahim (ə), Musa (ə), Davud (ə)  və Süleymanla (ə) görüşməyin savabını əta edər. Sanki iki yüz il nəbilərlə birlikdə Allaha ibadət etmiş olarsınız."

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyun, 2017  20:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!