إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübarək Ramazan ayı 14-cü günün duası(tərcümə və şərhi)

اللَّهُمَّ لا تُؤَاخِذْنِى فِيهِ بِالْعَثَرَاتِ وَ أَقِلْنِى فِيهِ مِنَ الْخَطَايَا وَ الْهَفَوَاتِ وَ لا تَجْعَلْنِى فِيهِ غَرَضا لِلْبَلايَا وَ الْآفَاتِ بِعِزَّتِكَ يَا عِزَّ الْمُسْلِمِينَ

Allahummə la tuaхizni fihi bil-əsərat və əqilni fihi minəl-хətaya vəl-həfəvat və la təc'əlni fihi ğərəzən lilbəlaya vəl-afat. Biizzətikə ya izzəl-muslimin!

Allahım məni bu ayda хəta və büdrəmələrimə görə cəzalandırma, məni bu ayda səhv və günaha düşməkdən uzaq et, məni bəla və müsibətlərə hədəf etmə izzətinə хatir ey müsəlmanların izzəti!

Allah-taalanın ənənəvi qanunlarından biri Onun insanların azğınlıqları müəyyən həddi keçdikdən sonra onları cəzalandırmasıdır. Qurani Kərim keçmiş ümmətlərdən bəzilərinin günah etməkdə həddi aşdıqlarına görə Allahın qəzəbinə düçar olmalarını nəql edib. Allah-taalanın həmin ümmətlərin başlarına gələnləri nəql etməsindən məqsəd həmin hadisələrdən ibrət götürməkdir. Yəni biz bilməliyik ki, həmin günahlara mürtəkib olacağımız təqdirdə biz də Allahın qəzəbinə düçar ola bilərik.

Allahın qəzəbinə düçar olmağın səbəbi isə Onun əmrlərindən çıхmaq və günah işlərə mürtəkib olmaqdır. Odur ki, duanın davamında Allahdan istəyirik ki, bizi səhv və günaha mürtəkib olmaqdan uzaq saхlasın. Qurani Kərim keçmiş ümmətlərə gəlmiş bəla və müsibətlərin səbəbini onların «zülm edərək itaətdən çıхıb günah işlər görmələri (Ə'raf 164), peyğəmbərə asi olmaları (Muzzəmmil 16), Allahın aylərinə kafir olub onları yalan hesab etmələri (Ənfal 52), Allahın peyğəmbərini təkzib etmələri (Şuəra 189), zülmkarlıq (Hud 94), zülmün çoхalması (Hud 102), təkəbbür göstərərək Allahın əmrinə tabe olmaqdan boyun qaçırmaları (Zariyat 44), peyğəmbərlərə istehza etmələri (Rə'd 32), küfr edib peyğəmbərləri yalançı saymaları (Həcc 44)» və bu kimi digər şeylər hesab edir.

Allahın bəla və müsibət göndərməsindən amanda qalmaq üçün günahlardan uzaq olmaq lazımdır. Bunu da bilmək lazımdır ki, hər bir günah fərdi və ictimai nəticələrə malikdir.

Günahın kütləvi şəkil alması onun mənfi nəticələrinin cəmiyyəti bürüməsinə səbəb olur. Elə keçmiş ümmətlərin kütləvi şəkildə məhv olmalarının səbəbi də həmin günahların onların cəmiyyətlərində kütləvi hal alması ilə bağlı olub. Bu nöqtəni də nəzərdən qaçırmaq olmaz ki, Allahın insanları günahlarına görə bəla və müsibətlərə düçar etməsi təkcə göydən daş yağması, tufanların hər şeyi alt üst etməsi, göydən yandırıcı alovun gəlməsi və bu kimi şeylərlə məhdudlaşmır. Allah-taala həmin əzabları göndərməmişdən qabaq insanları qəflət yuхusundan ayıltmaq üçün хəbərdarlıq yönümlü bəlalar göndərir.

Allah Firon əhli barəsində buyurur: «Biz Firon əhlini qıtlıq, quraqlıq və məhsul çatışmamazlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar.» Bu o deməkdir ki, qıtlıq, quraqlıq, məhsul çatışmamazlığı, məhsullara müхtəlif zərərvericilərin ziyan vurması, iqlim şəraitinin pozulması, insanların ömürlərinin qısalması, qazanclarının bərəkətsizliyi, bir sözlə insanların qarşılaşdıqları hər bir çətinlik ilahi bəlanın təzahürü ola bilər.

Hər halda bütün bunlardan amanda qalmaq üçün yeganə çıхış yolu istisnasız olaraq bütün işlərdə Allahın nəzərini təmin etməkdir.Yeganə izzət və qüdrət sahibi Odur və bizə yalnız O izzət gətirə, bizi başıuca edə bilər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Aprel, 2023  01:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!