إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ramazan ayı təqvimi - Namaz,imsak və iftar zamanı

Bu il Mübarək Ramazan ayı İyun ayının 6-dan 7-a keçən gəcə daxil olur.

Ahlibeyt.az-ın məlumatına görə, Ramazan orucunun ilk günü iyun ayının 7-nə təsadüf edəcəkdir.Bunu nəzərə alaraq  Ramazan ayı  təqvimini nəzərinizə çatdırırıq

Qeyd edək ki,oruc niyyəti edənlər cədvəldə qeyd olunan "sübh azanı"zamanına qədər imsak(obaşdan)yeməklərini dayandırmalı və məğrib(şam) azanından sonra iftarlarını açaraq gündəlik oruclarını bitirməlidirlər.

Tövsiyyə olunur ki,oruc tutanlar imsaklarını cədvəldə qeyd olunan müvafiq zamana uyğun olaraq sübh azanından 15 dəqiqə əvvəl qeyd olunmuş imsak zamanı dayandırsınlar.

Bu cədvəl  - Təqvimdə qeyd olunan şəri vaxt ölçüləri Bakı,ətraf qəsəbələr və Abşeron rayonu ərazisi üçün  nəzərdə tutulub.

Azərbaycanın rayonları arasında olan fərq (dəqiqələrlə) cədvəldə göstərilən vaxta müvafiq olaraq:

Sumqayıt- 1 dəqiqə sonra; Ağdam - 11 dəqiqə sonra;  Astara -2 dəqiqə sonra; Gəncə - 14 dəqiqə sonra; Qazax - 19 dəqiqə sonra; Quba - 6 dəqiqə sonra; Lənkəran - 3 dəqiqə sonra;

Saatlı - 7 dəqiqə sonra; Sabirabad -5 dəqiqə sonra;Şabran - 3 dəqiqə sonra; Şamaxı - 6 dəqiqə sonra; Şəki - 12 dəqiqə sonra; Xaçmaz -10 dəqiqə sonra;Yevlax -11 dəqiqə sonra,

Naxçıvan - 17 dəqiqə sonra; Göyçay - 8 dəqiqə sonra; Zaqatala - 14 dəqiqə sonra.

Xatırladaq ki,saytın müvafiq namaz vaxtları bölümü cədvəldə qeyd olunan şər'i vaxt ölçüləri ilə eynidir.

 

Təqvim Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq hazırlanıb

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyun, 2016  14:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!