|
Bu gecə niyyət axşamıdırMüqəddəs Ramazan ayınız mübarək olsun! Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi – Mübarək Ramazan ayı oruclarının tutulmasının ilk niyyət gecəsidir. Gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt qəlbdə niyyət etməklə hər bir müsəlman Ramazan ayına başlamış olur. Ramazan ayı orucunun niyyəti həm hər ayrıca gün üçün, həm də bütün ay üçün etmək olar. Niyyət belə edilir - “Bir ay Ramazan ayının orucunu tuturam, vacib qürbətən iləllah”. Belə deyilsə, artıq digər gecələr niyyət edilməsinə lüzum yoxdur.Niyyətin dilə gətirliməsi vacib deyil. Hər gün üçün niyyət belə edilir - “Sabah üçün Ramazan orucu tuturam, vacib qürbətən iləllah”. Belə niyyət edilirsə, o zaman niyyət hər axşam olmalıdır. Ramazan ayı ərzində müstəhəbbi,keçmiş orucların qəzası və nəzir orucları niyyət edilib tutula bilməz. Bu il Ramazan ayının ilk günü miladi təqvimi ilə Azərbaycanda iyunun 7-də başlayır. Ramazan – müsəlman ay təqviminin doqquzuncusudur. Bu ay ərzində müsəlmanlar sübh azanından məğrib(şam) azanına qədər vacib buyurulmuş oruc tuturlar. Xatırladaq ki,Ramazan ayı oruclarının gündəlik imsak və iftar zamanı saytın azan vaxtları bölümünə müvafiq olaraq sübh azanından - məğrib(şam) azanına müvafiq olaraq saxlaya bilərsiniz. Qeyd edək ki,oruc tutanlara imsak yeməyini müvafiq zamana uyğun olaraq sübh azanından 15 dəqiqə əvvəl dayandırılması tövsiyyə olunur. Ahlibeyt.az olaraq bütün İslam aləmini o cümlədən Azərbaycan xalqını Allahın rəhmət və bərəkət ayı – Ramazının başlanması münasibəti ilə təbrik edirik. Bu ayda edilən bütün duaları Allah dərgahında qəbul olunmasını diləyirik.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyun, 2016 13:15 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Fitrə zəkatı nə qədər çıxarılmalıdır9 Aprel, 2024 Mübarək Ramazan ayının son gecəsinin əməlləri30 Mart, 2024 “Qədr Gecəsi” oxunmasına cənnət vəd olunan iki surə |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |