إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gecə Mübarək Ramazan ayı daxil olur

Qarşıdan gələn Ramazan ayınız mübarək olsun!

Bu gecə niyyət axşamıdır - Sabah "On bir ayın sultanı", mübarək Ramazan ayının ilk günüdür

Bu gecə iyun ayının 6-sı şam azanından sonra (günəş batdıqdan sonra)Azərbaycanın yerləşdiyi üfüqə uyğun olaraq Hicri- Qəməri təqvimi ilə mübarək Ramazan ayı daxil olur.

Ayın göründüyü andan etibarən dinimizin vacib əməllərindən sayılan orucluq ibadəti başlayacaq.

Ahlibeyt.az-ın məlumatına görə,Azərbaycanın yerləşdiyi regionda Ayın görünməsi prinsipi bu il Mübarək Ramazan ayının ilk gününün iyunun 7-də başlayacağını təsdiqləyir.

Həmçinin Ramazan ayının ölkəmizə iyunun 7-də qədəm qoymasına dair Qafqaz Müsəlmanları İdarəsinin müvafiq fətvası verilib.

Xatırladaq ki,Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edəcək. Ayın göründüyü andan etibarən dinimizin vacib əməllərindən sayılan orucluq ibadəti başlayacaq.

Qeyd edək ki,bu ayın gündəlik duaları və xüsusi əməlləri ilə bağlı saytımızın xəbər lentində, həmçinin Ramazan ayı rubrikasında mütəmadi olaraq məlumatlar yaymlanacaqdır.

Ahlibeyt.az olaraq bütün İslam aləmini Allahın rəhmət və bərəkət ayı – Mübarək Ramazının başlanması münasibəti ilə bütün İslam aləmini  təbrik edir. Ramazan orucuna hazırlaşan müsəlmanlara Allahdan Rəhmət və Məğfirət və bu ayın fəzilətindən yararlanmasını diləyirik!

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyun, 2016  10:58 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!