|
|
Nardaran axundu Nuhbala Rəhimova hökm oxunubSabunçu Rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı həbs edilən Hacı Nuhbala Rəhimovun cinayət işi üzrə məhkəməsi başa çatıb. Ahlibeyt.az-ın faktxeber-ə istinadla verdiyi xəbərə görə, sonuncu iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə N.Rəhimov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Nardarandakı Rəhimə Xanım Ziyarətgahının Hüseyniyyə Məscidinin axundu olan N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində saxlanılaraq, Sabunçu Rayon Polis İdarəsinə aparılıb. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 12 sutkalıq inzibati həbs qərarı çıxarılıb. Daha sonra N.Rəhimov haqqındakı inzibati həbs tədbiri 4 aylıq qəbs qətimkan tədbirinə dəyişdirilib və o, Nardaran hadisələrilə bağlı təqsirli bilinərək başlanmış cinayət işinin istintaqına cəlb edilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 May, 2016 13:24 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |