28 May, 2016
Nardaran axundu Nuhbala Rəhimova hökm oxunub

Sabunçu Rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı həbs edilən Hacı Nuhbala Rəhimovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Ahlibeyt.az-ın faktxeber-ə istinadla verdiyi xəbərə görə, sonuncu iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə N.Rəhimov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Nardarandakı Rəhimə Xanım Ziyarətgahının Hüseyniyyə Məscidinin axundu olan N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində saxlanılaraq, Sabunçu Rayon Polis İdarəsinə aparılıb. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 12 sutkalıq inzibati həbs qərarı çıxarılıb. Daha sonra N.Rəhimov haqqındakı inzibati həbs tədbiri 4 aylıq qəbs qətimkan tədbirinə dəyişdirilib və o, Nardaran hadisələrilə bağlı təqsirli bilinərək başlanmış cinayət işinin istintaqına cəlb edilib.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5184.html