|
|
Şəhid olan Silahlı Qüvvələrin əsgəri dəfn edilib - Foto19 yaşlı Əmrah Yüzbəyov Xaçmaz rayon Hacıməmmədoba kənd qəbirstanlığında torpağa tapşırılıb.
Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə, qoşunların təmas xəttində qarşı tərəflə atışmada əsgər Yüzbəyov Əmrah Aydın oğlu mayın 3-də şəhid olmuşdu.
19 yaşlı Yüzbəyov Əmrah ötən il aprel ayında Xaçmaz rayonundan hərbi xidmətə çağrılmışdı. Xaçmaz Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlunun nəşi bu gün səhər saatlarında rayona gətirilib.
Şəhid Xaçmaz rayon Hacıməmmədoba kənd qəbirstanlığında dəfn olunub.
Şəhidin nəşi ata evindən qəbristanlığa kimi olan 1 km məsafəni döyüş yoldaşlarının çiynində onlarla insanın müşayiəti ilə aparılıb. Şəhidin tabutunun büküldüyü bayraq onun atasına təqdim edilib. Əsgər yoldaşları isə ona olan ehtiramlarını yaylım atəşi açmaqla bildiriblər.
Şəhid olan Y.Əmrah ailənin ikinci övladı olub. O, aprel döyüşləri başlayanda Facebook səhifəsində - "şəhid olmaq hamıya qismət olmur" statusunu paylaşıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 May, 2016 16:05 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |