|
|
Azərbaycan ilə UNESCO arasında təhsil sahəsində əlaqələr müzakirə olunubAprelin 26-da təhsil naziri Mikayıl Cabbarov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən, UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Qian Tanq ilə görüşüb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Nazirlikdən Azertac-a bildiriblər ki, görüşdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun bu əməkdaşlığa verdiyi dəstək xüsusi vurğulanıb. Müzakirələr zamanı Q.Tanq tərəfindən Azərbaycanda Peşə Təhsili Agentliyinin yaradılması yüksək dəyərləndirilib. Eyni zamanda, təhsilin ekstremizmlə mübarizədə rolu barədə danışılıb. Daha sonra tərəflər Azərbaycan və UNESCO arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Aprel, 2016 10:05 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |