|
|
MM: Davranışları təhlükə yaradan narkomanlar məcburi xəstəxanaya yerləşdiriləcəkAzərbaycanda inzibati həbs nəzərdə tutan inzibatı xəta törətməmiş, lakin öz davranışları ilə ictimai təhlükə yaradan narkomanlıq xəstəliyinə dücar olan şəxslər psixiatriya xəstəxanasına məcburi qaydada yerləşdiriləcəklər. Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əhalinin sağlamlığının qorunması haqqında" qanunda əksini tapıb. Qeyd edək ki, qanunun hazırkı variantında cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələlərlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə dücar olan şəxslər barəsində məcburi tibbi tədbirlər tətbiq edilir. Qanuna təklif edilən yeni dəyişikliklərdə isə inzibati həbs nəzərdə tutan inzibatı xəta törətməmiş narkomanlar da barəsində məcburi tədbirlər tətbiqi edilən şəxslərin sırasına əlavə edilib. Yeni layihəyə əsasən, cinayət və ya inzibati həbs nəzərdə tutan inzibatı xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələlərlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə dücar olan şəxslər barəsində Mülki Prosessual Məcəlləyə uyğun olaraq, məcburi tibbi tədbirlər tətbiq ediləcək. Təklif olunan dəyişikliklər cinayət və ya inzibati həbs nəzərdə tutan inzibatı xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələlərlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə dücar olan şəxslərin Mülki Prosessual Məcəlləsinə uyğun olaraq, psixiatriya xəstəxanasına qeyri-könüllü yerləşdirilməsini nəzərdə tutur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Aprel, 2016 18:46 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |