15 Aprel, 2016
MM: Davranışları təhlükə yaradan narkomanlar məcburi xəstəxanaya yerləşdiriləcək

Azərbaycanda inzibati həbs nəzərdə tutan inzibatı xəta törətməmiş, lakin öz davranışları ilə ictimai təhlükə yaradan narkomanlıq xəstəliyinə dücar olan şəxslər psixiatriya xəstəxanasına məcburi qaydada yerləşdiriləcəklər.

Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əhalinin sağlamlığının qorunması haqqında" qanunda əksini tapıb.

Qeyd edək ki, qanunun hazırkı variantında cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələlərlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə dücar olan şəxslər barəsində məcburi tibbi tədbirlər tətbiq edilir.

Qanuna təklif edilən yeni dəyişikliklərdə isə inzibati həbs nəzərdə tutan inzibatı xəta törətməmiş narkomanlar da barəsində məcburi tədbirlər tətbiqi edilən şəxslərin sırasına əlavə edilib.

Yeni layihəyə əsasən, cinayət və ya inzibati həbs nəzərdə tutan inzibatı xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələlərlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə dücar olan şəxslər barəsində Mülki Prosessual Məcəlləyə uyğun olaraq, məcburi tibbi tədbirlər tətbiq ediləcək.

Təklif olunan dəyişikliklər cinayət və ya inzibati həbs nəzərdə tutan inzibatı xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələlərlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə dücar olan şəxslərin Mülki Prosessual Məcəlləsinə uyğun olaraq, psixiatriya xəstəxanasına qeyri-könüllü yerləşdirilməsini nəzərdə tutur.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4838.html