إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Şeyx Əli Pəhləvani: Həyat yoldaşına təşəkkür

Mərhum ustad Şeyx Əli Pəhləvani həyat yoldaşına ehtiramla bağlı buyururdu:''Onlara təşəkkür edin.Bişirdikləri yemək şor və ya pis olsa belə onlara ''sağ ol'' deyin.Siz yeməkdən razılıq etdikdə həyat yoldaşlarınız xoşhal olur.Onların xoşhallığı sizin mənəvi təkamülünüzə səbəb olur.Bir dəfə gənclik vaxtımda ailəmlə sərt davrandım.Məna aləminda mənə dedilər:''Iyirmi illik əməllərin hədər oldu''.

Məclislərində təkrar-təkrar buyurardı:''Mənəvi və ictimai məsələlərdə özünüzə qarşı ciddi olun.Amma ailənizlə xoş davranın.Öz əqidənizi həyat yoldaşınıza məcburi qəbul etdirməyin.Əgər onlar televizora baxmaq istəyirlərsə,mane olmayın.Televizorun pisliyi sizə məlumdursa,özünüz baxmayın.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Aprel, 2016  15:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!