|
|
Nuhbala Rəhimovun işi istintaqa qaytarıldıNardaran hadisələrində təqsirləndirilərək həbs edilən Nuhbala Rəhimov barəsində başlanmış cinayət işi yenidən istintaqa qaytarılıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Trend-ə təqsirləndirilən şəxs, Nardarandakı Rəhimə Xanım Ziyarətgahının Hüseyniyyə Məscidinin axundu kimi fəaliyyət göstərən N.Rəhimovun yaxınları məlumat veriblər. Məlumata görə, N.Rəhimov barəsindəki cinayət işi yekunlaşaraq məhkəməyə göndərilsə də, Sabunçu Rayon Məhkəməsi cinayət işini yenidən istintaqa qaytarıb. Bildirilir ki, H.Rəhimovun barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddəti 4 ay artırılıb. Qeyd edək ki, N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində Hüseyniyyə Məscidində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə aparılıb və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq inzibati həbs qərarı çıxarılmışdı. Sonra N.Rəhimovun barəsindəki inzibati həbs tədbiri 4 aylıq həbs-qəti imkan tədbirinə dəyişdirilib və o, Nardaran hadisələrilə bağlı təqsirli bilinərək başlanmış cinayət işinin istintaqına cəlb edilmişdi. Ötən ay N.Rəhimov barəsindəki cinayət işinin istintaqı yekunlaşaraq Sabunçu Rayon Məhkəməsinə göndərilmişdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Mart, 2016 17:42 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |