30 Mart, 2016
Nuhbala Rəhimovun işi istintaqa qaytarıldı

Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən Nuhbala Rəhimov barəsində başlanmış cinayət işi yenidən istintaqa qaytarılıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Trend-ə təqsirləndirilən şəxs, Nardarandakı Rəhimə Xanım Ziyarətgahının Hüseyniyyə Məscidinin axundu kimi fəaliyyət göstərən N.Rəhimovun yaxınları məlumat veriblər.

Məlumata görə, N.Rəhimov barəsindəki cinayət işi yekunlaşaraq məhkəməyə göndərilsə də, Sabunçu Rayon Məhkəməsi cinayət işini yenidən istintaqa qaytarıb.

Bildirilir ki, H.Rəhimovun barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddəti 4 ay artırılıb. Qeyd edək ki, N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində Hüseyniyyə Məscidində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə aparılıb və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq inzibati həbs qərarı çıxarılmışdı. Sonra N.Rəhimovun barəsindəki inzibati həbs tədbiri 4 aylıq həbs-qəti imkan tədbirinə dəyişdirilib və o, Nardaran hadisələrilə bağlı təqsirli bilinərək başlanmış cinayət işinin istintaqına cəlb edilmişdi.

Ötən ay N.Rəhimov barəsindəki cinayət işinin istintaqı yekunlaşaraq Sabunçu Rayon Məhkəməsinə göndərilmişdi.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4677.html