إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Günün hədisi - Heç bir şəxs ruzisi kamil olmamış dünyadan köçməyəcəkdir

Rəsulullah (s) həccətül-vidada (axırıncı həcc mərasimində) buyurmuşdur:

Bilin, Ruhul-əmin (Cəbrail) mənə belə xəbər gətirdi ki, heç bir şəxs ruzisi kamil olmamış dünyadan köçməyəcəkdir. Allahdan çəkinin və ruzini bəyənilmiş surətdə Allahdan diləyin. Ruzinizdən bir şey gecikdikdə onu Allaha günah etmək vasitəsi ilə ələ gətirməyin. Çünki Allah-taala ruzini öz xəlqi arasında halal olaraq bölmüşdür və haram yoldan heç kimə ruzi ayırmamışdır. Beləliklə də Allahdan çəkinib səbr edən şəxsə Allah tərəfindən halal ruzi yetişəcək. Amma həya pərdəsini yırtıb tələsməklə qeyri-halal yoldan onu ələ gətirən, bu yolla öz halal ruzisini azaltmış olar və qiyamət günü bu əməlin hesabını verəcəkdir”. Üsuli-kuafi”, 5-ci cild, səh. 80, hədis 1."

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Fevral, 2016  14:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!