|
|
Rəsmi:Azərbaycan ordusu düşmənə məxsus hərbi texnika və canlı qüvvəni məhv etdi(Video)Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 101 dəfə pozub. Ahlibeyt.az-ın Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 102 dəfə atəş zərbəsi endirib. Qoşunların təmas xəttində ermənilərin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır Məlumatda qeyd olunur ki,əvvəlcədən müəyyən edilmiş koordinatlara əsasən düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin texnikası və şəxsi heyəti sıradan çıxarılıb. Ehtimala görə ən azı düşmən tərəfdən 2 hərbi texnika və canlı qüvvə məhv edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Fevral, 2016 11:57 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |