
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 101 dəfə pozub.
Ahlibeyt.az-ın Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 102 dəfə atəş zərbəsi endirib.
Qoşunların təmas xəttində ermənilərin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır
Məlumatda qeyd olunur ki,əvvəlcədən müəyyən edilmiş koordinatlara əsasən düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin texnikası və şəxsi heyəti sıradan çıxarılıb. Ehtimala görə ən azı düşmən tərəfdən 2 hərbi texnika və canlı qüvvə məhv edilib.