|
|
71 Nardaran sakini azadlığa buraxılıbNardaran hadisələri zamanı həbs olunan 71 nəfər yerli sakin azadlığa buraxılıb Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə,sakinlər bildiriblər ki, Nardaran hadisələri ilə əlaqədar inzibati qayda pozuntusuna yol verdiyi üçün saxlanılan 71 nəfər barəsində seçilən inzibati həbs müddətləri başa çatıb: "Ötən həftə həmin şəxslərdən barələrində seçilən inzibati həbs müddəti bitmədiyi üçün 14 nəfər azadlığa çıxmamışdı. Həmin şəxslərin barəsində seçilən inzibati həbs müddəti bitdiyindən onlar artıq azadlığa buraxılıblar". Nardaran sakinləri qeyd ediblər ki, hazırda Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində 3 qəsəbə sakini qalıb ki, onlar da, məlum hadisələrdən sonra inzibati qaydada həbs edilənlərdir. Bildirilir ki, saxlanılanlardan 2 nəfərinin inzibati həbs müddəti 30, 1 nəfərin inzibati həbs müddəti isə 15 sutkadır. Yaxın günlərdə həmin şəxslərin də həbs müddəti başa çatacaq və azadlığa buraxılacaqlar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Yanvar, 2016 17:01 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |