
Nardaran hadisələri zamanı həbs olunan 71 nəfər yerli sakin azadlığa buraxılıb
Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə,sakinlər bildiriblər ki, Nardaran hadisələri ilə əlaqədar inzibati qayda pozuntusuna yol verdiyi üçün saxlanılan 71 nəfər barəsində seçilən inzibati həbs müddətləri başa çatıb: "Ötən həftə həmin şəxslərdən barələrində seçilən inzibati həbs müddəti bitmədiyi üçün 14 nəfər azadlığa çıxmamışdı. Həmin şəxslərin barəsində seçilən inzibati həbs müddəti bitdiyindən onlar artıq azadlığa buraxılıblar".
Nardaran sakinləri qeyd ediblər ki, hazırda Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində 3 qəsəbə sakini qalıb ki, onlar da, məlum hadisələrdən sonra inzibati qaydada həbs edilənlərdir. Bildirilir ki, saxlanılanlardan 2 nəfərinin inzibati həbs müddəti 30, 1 nəfərin inzibati həbs müddəti isə 15 sutkadır. Yaxın günlərdə həmin şəxslərin də həbs müddəti başa çatacaq və azadlığa buraxılacaqlar.