|
Nikaha daxil olanların tibbi müayinəsi zamanı 5500 nəfərdə talassemiya daşıyıcısı aşkarlanıb - Səhiyyə Nazirliyi"Nikaha daxil olanların tibbi müayinəsi zamanı 5500 nəfərdə talassemiya daşıyıcısı olduğu aşkarlanıb. Bundan başqa, 53 nəfərdə QİÇS, 320 nəfərdə sfilis xəstəliyi aşkar olunub."
Ahlibeyt.az-ın Salamnews-a iastinadən məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.
O deyib ki, nikaha daxil olanların tibbi müayinəsi talassemiyanın profilaktikası baxımından çox böyük əhəmiyyət kəsb edir. İyun ayının 1-dən artıq 82 minə yaxın insanın qan nümunəsi müayinə olunub:
“Müayinə olunan 40 cütlükdə (hər iki şəxsdə) xəstəlik aşkar edilib. Onlara lazımı tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilib. Talassemiya daşıyıcısı olan evlənmiş cütlüklərdən birində - hamilə qadından Azərbaycanda ilk dəfə bətndaxili diaqnostika məqsədilə punktat götürülüb və müayinəyə göndərilib."
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Dekabr, 2015 11:28 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |