26 Dekabr, 2015
Nikaha daxil olanların tibbi müayinəsi zamanı 5500 nəfərdə talassemiya daşıyıcısı aşkarlanıb - Səhiyyə Nazirliyi
"Nikaha daxil olanların tibbi müayinəsi zamanı 5500 nəfərdə talassemiya daşıyıcısı olduğu aşkarlanıb. Bundan başqa, 53 nəfərdə QİÇS, 320 nəfərdə sfilis xəstəliyi aşkar olunub."

Ahlibeyt.az-ın Salamnews-a iastinadən məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.

O deyib ki, nikaha daxil olanların tibbi müayinəsi talassemiyanın profilaktikası baxımından çox böyük əhəmiyyət kəsb edir. İyun ayının 1-dən artıq 82 minə yaxın insanın qan nümunəsi müayinə olunub:

“Müayinə olunan 40 cütlükdə (hər iki şəxsdə) xəstəlik aşkar edilib. Onlara lazımı tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilib. Talassemiya daşıyıcısı olan evlənmiş cütlüklərdən birində - hamilə qadından Azərbaycanda ilk dəfə bətndaxili diaqnostika məqsədilə punktat götürülüb və müayinəyə göndərilib."

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4201.html