|
|
"Heydər" məscidində qılınan cümə namazlarına QMİ-nin qaziləri və səlahiyyətləri nümayəndələri növbə ilə imamlıq edəcəkBakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Heydər" məscidi gündəlik ibadət üçün açılıb Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, Bakı İslam Universitetinin rektoru, "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri Hacı Sabir Həsənli məlumat verib. Onun sözlərinə görə, məsciddə gündəlik namazlar qılınır.Şiə əhlinin qıldığı namaza Bakı İslam Universitetinin məzunu Hacı Rüfət Qarayev axundluq edir. Əhli-sünnə camaatına isə Hacı Hafiz Abbasov imamlıq edir. S.Həsənli onu da bildirib ki,məsciddə qılınacaq cümə namazlarına Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qaziləri və səlahiyyətləri nümayəndələri növbə ilə imamlıq edəcəklər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Dekabr, 2015 18:45 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |