
Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Heydər" məscidi gündəlik ibadət üçün açılıb
Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, Bakı İslam Universitetinin rektoru, "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri Hacı Sabir Həsənli məlumat verib.
Onun sözlərinə görə, məsciddə gündəlik namazlar qılınır.Şiə əhlinin qıldığı namaza Bakı İslam Universitetinin məzunu Hacı Rüfət Qarayev axundluq edir. Əhli-sünnə camaatına isə Hacı Hafiz Abbasov imamlıq edir.
S.Həsənli onu da bildirib ki,məsciddə qılınacaq cümə namazlarına Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qaziləri və səlahiyyətləri nümayəndələri növbə ilə imamlıq edəcəklər.