|
|
Nardaran Ağsaqqallar Şurası dövlət qurumlarına müraciət ünvanlayıbDaxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Nardaranda keçirdiyi əməliyyat nəticəsində ölənlərin cənazələrinin bu gün ailələrinə təhvil veriləcəyi gözlənilir Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə Report.az-a Nardaran Ağsaqqallar Şurasının sədri kərbəlayi Natiq Kərimov deyib. N.Kərimov bildirib ki, bununla bağlı dövlət qurumlarına Nardaran Ağsaqqallar Şurası adından müraciət ünvanlanıb. N.Kərimov qeyd edib ki, müraciətdə, həmçinin "İmam Hüseyn" meydanının boşaldıldığı vurğulanıb, Nardaran sakinlərinin məsələnin dinc yolla həll edilməsinin tərəfdarı olduqları qeyd edilib: "Əsas cənazələrin verilməsinə çalışırıq. Bundan əlavə, kənddə işıq yoxdur, tezliklə işığı bərpa etmək lazımdır. Burada işləri həll edən dövlətdir". O deyib ki, noyabrın 29-da "İmam Hüseyn" meydanı boşaldıldıqdan sonra hər hansı xoşagəlməz hal baş verməyib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Noyabr, 2015 14:33 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |