
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Nardaranda keçirdiyi əməliyyat nəticəsində ölənlərin cənazələrinin bu gün ailələrinə təhvil veriləcəyi gözlənilir
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə Report.az-a Nardaran Ağsaqqallar Şurasının sədri kərbəlayi Natiq Kərimov deyib.
N.Kərimov bildirib ki, bununla bağlı dövlət qurumlarına Nardaran Ağsaqqallar Şurası adından müraciət ünvanlanıb.
N.Kərimov qeyd edib ki, müraciətdə, həmçinin "İmam Hüseyn" meydanının boşaldıldığı vurğulanıb, Nardaran sakinlərinin məsələnin dinc yolla həll edilməsinin tərəfdarı olduqları qeyd edilib: "Əsas cənazələrin verilməsinə çalışırıq. Bundan əlavə, kənddə işıq yoxdur, tezliklə işığı bərpa etmək lazımdır. Burada işləri həll edən dövlətdir".
O deyib ki, noyabrın 29-da "İmam Hüseyn" meydanı boşaldıldıqdan sonra hər hansı xoşagəlməz hal baş verməyib.