|
Radikalizm yolundan dönməyənlər haqda tədbirlər görüləcək - FOTOBu gün Bakıda “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda seminar-müşavirə keçirilib Ahlibeyt.az-ın Apa-ya istinadən xəbərinə görə, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov bildirib ki, Komitə tərəfindən dini radikalizmlə mübarizədə silsilə tədbirlər həyata keçirilir. S. Heydərov dini icmalara müraciət edərək onları dini radikalizmlə mübarizədə daha fəal olmağa çağırıb: “Hər kəs öz kəndində, öz qəsəbəsində, öz məscidində bu məsələni diqqətdə saxlamalıdır. Biz vaxtında dini radikalizmə meyl edənlərin qarşısını almalıyıq. Radikalizm yolundan qayıtmaq fikrində olmayanlar haqda qanunla tədbirlər görüləcək, necə ki bu gün görülür. Bizə analar, atalar müraciət edir ki, 20 yaşında övladımız terrorçu olub. Hüquq-mühafizə orqanları “qırmızı xətt”i keçənləri nəzarətə götürür”. Sədr müavini qeyd edib ki, dini radikalizmlə mübarizə çərçivəsində DQİDK ilə Qafqaz Müsəlmanları İdarəsi arasında sıx əməkdaşlıq mövcuddur. DQİDK-nin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov “Dini radikalizm: mahiyyəti, səbəbləri və təzahür formaları”, DQİDK-nin Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov “Dini radikalizmlə mübarizə yolları” mövzusunda məruzələrlə çıxış ediblər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Oktyabr, 2015 14:29 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |