20 Oktyabr, 2015
Radikalizm yolundan dönməyənlər haqda tədbirlər görüləcək - FOTO

Bu gün Bakıda “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda seminar-müşavirə keçirilib

Ahlibeyt.az-ın Apa-ya istinadən xəbərinə görə, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov bildirib ki, Komitə tərəfindən dini radikalizmlə mübarizədə silsilə tədbirlər həyata keçirilir.

S. Heydərov dini icmalara müraciət edərək onları dini radikalizmlə mübarizədə daha fəal olmağa çağırıb: “Hər kəs öz kəndində, öz qəsəbəsində, öz məscidində bu məsələni diqqətdə saxlamalıdır. Biz vaxtında dini radikalizmə meyl edənlərin qarşısını almalıyıq. Radikalizm yolundan qayıtmaq fikrində olmayanlar haqda qanunla tədbirlər görüləcək, necə ki bu gün görülür. Bizə analar, atalar müraciət edir ki, 20 yaşında övladımız terrorçu olub. Hüquq-mühafizə orqanları “qırmızı xətt”i keçənləri nəzarətə götürür”.

Sədr müavini qeyd edib ki, dini radikalizmlə mübarizə çərçivəsində DQİDK ilə Qafqaz Müsəlmanları İdarəsi arasında sıx əməkdaşlıq mövcuddur.

DQİDK-nin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov “Dini radikalizm: mahiyyəti, səbəbləri və təzahür formaları”, DQİDK-nin Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov “Dini radikalizmlə mübarizə yolları” mövzusunda məruzələrlə çıxış ediblər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3929.html