|
|
İran Türkiyə ilə sərhəddə irimiqyaslı hərbi təlim keçirirİran ordusu ölkənin qərb və şimal-qərb əyalətlərində "Məhərrəm" adı altında irimiqyaslı hərbi təlimlər keçirir Ahlibeyt.az-ın məlumatına görə, "Report" "İRNA"ya istinadən xəbər verir ki, təlimlər oktyabrın 19-da səhər saatlarında başlayıb. İran Silahlı Qüvvələri Quru Qoşunları komandanının müavini briqada generalı Məhəmməd Mahmudi bildirib ki, hərbi təlimlərdə Quru Qoşunları və Hərbi-Hava Qüvvələrinin tağımları, eləcə də "Xatəm-ül-Ənbiya" Hava Hücumundan Müdafiə bazasının qüvvələri iştirak edir. General deyib ki, radio-elektron kəşfiyyatı, raket kompleksləri, Hərbi-Hava Qüvvələrinin şəxsi heyəti və xüsusi təyinatlı qoşun da təlimə cəlb ediləcək. Məlumata əsasən, təlimdə çoxlu sayda uzaq radiuslu Pilotsuz Uçan Aparatdan da istifadə ediləcək Qeyd edək ki, hərbi təlimlər İranın Azərbaycan Respublikası və Türkiyə ilə sərhədində yerləşən Qərbi Azərbaycan ərazisində keçirilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Oktyabr, 2015 14:26 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |