19 Oktyabr, 2015
​İran Türkiyə ilə sərhəddə irimiqyaslı hərbi təlim keçirir

İran ordusu ölkənin qərb və şimal-qərb əyalətlərində "Məhərrəm" adı altında irimiqyaslı hərbi təlimlər keçirir

Ahlibeyt.az-ın məlumatına görə, "Report" "İRNA"ya istinadən xəbər verir ki, təlimlər oktyabrın 19-da səhər saatlarında başlayıb.

İran Silahlı Qüvvələri Quru Qoşunları komandanının müavini briqada generalı Məhəmməd Mahmudi bildirib ki, hərbi təlimlərdə Quru Qoşunları və Hərbi-Hava Qüvvələrinin tağımları, eləcə də "Xatəm-ül-Ənbiya" Hava Hücumundan Müdafiə bazasının qüvvələri iştirak edir.

General deyib ki, radio-elektron kəşfiyyatı, raket kompleksləri, Hərbi-Hava Qüvvələrinin şəxsi heyəti və xüsusi təyinatlı qoşun da təlimə cəlb ediləcək.

Məlumata əsasən, təlimdə çoxlu sayda uzaq radiuslu Pilotsuz Uçan Aparatdan da istifadə ediləcək

Qeyd edək ki, hərbi təlimlər İranın Azərbaycan Respublikası və Türkiyə ilə sərhədində yerləşən Qərbi Azərbaycan ərazisində keçirilir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3924.html