إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İŞİD lideri Əl-Bağdadinin avtomobil karvanı havadan vuruldu

İraq Silahlı Qüvvələrinin İŞİD liderinin olduğu avtokolona endirdiyi aviazərbə nəticəsində terrorçu qruplaşmanın lideri Əl-Bağdadi yaralanıb.

Ahlibeyt.az-ın Euronews-a istinadən xəbərinə görə, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.Oktyabrın 11-də İraq hərbçiləri əl-Bağdadinin Karabla şəhərinə gedən maşın karvanına aviazərbə endirdiklərini bəyan ediblər.

Bildirilir ki,İraqın Ənbar vilayətində yerləşən Karabla şəhərində keçirilən İŞİD liderlərinin toplantısına endirilən aviazərbə nəticəsində 8 nəfərə yaxın qruplaşma lideri məhv edilib.

Məlumata görə, bu toplantıya qatılmaq üçün gedən İŞİD liderinə məxsus maşın karvanı müəyyən edilmiş və iraq aviasiyası tərəfindən hədəfə alınmışdır.Bombardman zamanı əl-Bağdadinin daha 3 müavini əl-Şişani, əl-Suri və əl Karbuli öldürülüb.

Məlumata görə, əl-Şişani İŞİD daxilində təbliğat məsələlərinə məsul olub, əl-Karbuli isə qruplaşmanın komandirlərindən hesab edilir.Əl baqdadinin yaralandığı lakin sağlamlıq durumunun hansı vəziyyərdə olduğu barədə məlumat verilmir.

Karabla Suriya sərhədi yaxınlığında yerləşir və İŞİD qüvvələrinin əsas dayaqlarından sayılır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Oktyabr, 2015  11:32 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!