
Ahlibeyt.az-ın Euronews-a istinadən xəbərinə görə, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.Oktyabrın 11-də İraq hərbçiləri əl-Bağdadinin Karabla şəhərinə gedən maşın karvanına aviazərbə endirdiklərini bəyan ediblər.
Bildirilir ki,İraqın Ənbar vilayətində yerləşən Karabla şəhərində keçirilən İŞİD liderlərinin toplantısına endirilən aviazərbə nəticəsində 8 nəfərə yaxın qruplaşma lideri məhv edilib.
Məlumata görə, bu toplantıya qatılmaq üçün gedən İŞİD liderinə məxsus maşın karvanı müəyyən edilmiş və iraq aviasiyası tərəfindən hədəfə alınmışdır.Bombardman zamanı əl-Bağdadinin daha 3 müavini əl-Şişani, əl-Suri və əl Karbuli öldürülüb.
Məlumata görə, əl-Şişani İŞİD daxilində təbliğat məsələlərinə məsul olub, əl-Karbuli isə qruplaşmanın komandirlərindən hesab edilir.Əl baqdadinin yaralandığı lakin sağlamlıq durumunun hansı vəziyyərdə olduğu barədə məlumat verilmir.
Karabla Suriya sərhədi yaxınlığında yerləşir və İŞİD qüvvələrinin əsas dayaqlarından sayılır.