|
Bakıda“Nurçu”luğu təbliğ edən 85 nəfər saxlanılib - Rəsmi açıqlamaBakıda DİN və MTN əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Nurçu” dini təriqətini təbliğ edən 85 nəfər saxlanılıb Ahlibeyt.az-ın Daxili İşlər Nazirliyinin(DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, Sentyabrın 19-da Yasamal RPİ 29-cu PB və MTN-nin Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılmışdır. Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülmüşdür. Onlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü, 5 nəfər barəsində isə 299.0.2-ci maddələri ilə protokol tərtib edilərək buraxılmışlar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Sentyabr, 2015 15:19 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |