21 Sentyabr, 2015
Bakıda“Nurçu”luğu təbliğ edən 85 nəfər saxlanılib - Rəsmi açıqlama

Bakıda DİN və MTN əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Nurçu” dini təriqətini təbliğ edən 85 nəfər saxlanılıb

Ahlibeyt.az-ın Daxili İşlər Nazirliyinin(DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, Sentyabrın 19-da Yasamal RPİ 29-cu PB və MTN-nin Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılmışdır. Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülmüşdür.

Onlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü, 5 nəfər barəsində isə 299.0.2-ci maddələri ilə protokol tərtib edilərək buraxılmışlar.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3812.html