|
|
Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatını vurub - VİDEOCəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus, ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib Ahlibeyt.az-ın verdiyi xəbərə görə müdafiə nazirliyinin məlumatında bildiriılir ki, Azərbaycan Ordusu tərəfindən vurulan, Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatın qalıqları Ağdam rayonunun Bəybabalar kəndinin ərazisinə düşüb. Kənd sakini Tural Bayramov APA-nın Qarabağ müxbirinə bildirib ki, əvvəlcə güclü partlayış səsi eşidilib. "Daha sonra evimizin həyətinə dəmir parçaları yağdı. Məhv edilən aparatın qalıqları kəndin təsərrüfat sahələrinə də tökülüb", - deyə T. Bayramov qeyd edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2015 18:25 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |