15 Sentyabr, 2015
Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatını vurub - VİDEO

Cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus, ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib

Ahlibeyt.az-ın verdiyi xəbərə görə müdafiə nazirliyinin məlumatında bildiriılir ki, Azərbaycan Ordusu tərəfindən vurulan, Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatın qalıqları Ağdam rayonunun Bəybabalar kəndinin ərazisinə düşüb.

Kənd sakini Tural Bayramov APA-nın Qarabağ müxbirinə bildirib ki, əvvəlcə güclü partlayış səsi eşidilib.

"Daha sonra evimizin həyətinə dəmir parçaları yağdı. Məhv edilən aparatın qalıqları kəndin təsərrüfat sahələrinə də tökülüb", - deyə T. Bayramov qeyd edib.

">

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3783.html