|
"Taliban"a qoşulmaqda təqsirləndirilən Azərbaycan vətəndaşı 6 ay azadlıqdan məhrum edilibBakı Ağır Cinayətlər Məhkəməsində Pakistanda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Hafiz Ramizzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, məhkəmənin hökmü ilə H. Ramizzadə 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, H. Ramizzadə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən yaxalanıb. Müəyyən edilib ki, Ramizzadə Hafiz Ruslan oğlu Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində yer alıb. O, 2007-2012-ci illərdə Pakistanın Vəziristan vilayətində "Təhriki Taliban" adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki "Tayfatul Mansura" adlı silahlı dəstənin fəaliyyətində iştirak edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Sentyabr, 2015 11:27 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |