5 Sentyabr, 2015
"Taliban"a qoşulmaqda təqsirləndirilən Azərbaycan vətəndaşı 6 ay azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Pakistanda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Hafiz Ramizzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, məhkəmənin hökmü ilə H. Ramizzadə 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, H. Ramizzadə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən yaxalanıb. Müəyyən edilib ki, Ramizzadə Hafiz Ruslan oğlu Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində yer alıb. O, 2007-2012-ci illərdə Pakistanın Vəziristan vilayətində "Təhriki Taliban" adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki "Tayfatul Mansura" adlı silahlı dəstənin fəaliyyətində iştirak edib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3719.html