|
|
Daşkəsəndə “Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı tədbir keçirilib“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Daşkəsəndə “Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı tədbir keçirib. Ahlibeyt.az-ın Yeniufuq.org-a istindən tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək deyib ki, bu gün dini kimliyimizlə bərabər milli kimliyimizi də qorumalıyıq. O, ölkədə məzhəblərarası münasibətlərin qorunmasında Azərbaycan dövlətinin misilsiz xidmətlərinin olduğunu diqqətə çatdırıb. Tədbirdə Daşkəsən rayon icra hakimiyyətinin baş məsləhətçisi Elmar Əliyev, şəhər cümə məscidinin axundu Hacı Röya Balayev, “Cümə” məscidi dini icmasının sədri Hacı Ənvər Əliyev və başqa iştirakçılar çıxış ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Avqust, 2015 15:27 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |