15 Avqust, 2015
Daşkəsəndə “Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı tədbir keçirilib

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Daşkəsəndə “Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı tədbir keçirib.

Ahlibeyt.az-ın Yeniufuq.org-a istindən tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək deyib ki, bu gün dini kimliyimizlə bərabər milli kimliyimizi də qorumalıyıq. O, ölkədə məzhəblərarası münasibətlərin qorunmasında Azərbaycan dövlətinin misilsiz xidmətlərinin olduğunu diqqətə çatdırıb.

Tədbirdə Daşkəsən rayon icra hakimiyyətinin baş məsləhətçisi Elmar Əliyev, şəhər cümə məscidinin axundu Hacı Röya Balayev, “Cümə” məscidi dini icmasının sədri Hacı Ənvər Əliyev və başqa iştirakçılar çıxış ediblər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3587.html