|
|
Bu gün ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunurAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanla hər il avqust ayının 1-i ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,, Mədəniyyət və Turizm Nazirliyinin məlumatında bildirilir ki, bu gün münasibətilə Nazirliyin tabeliyində olan bütün kitabxanalarda ana dilinin qorunmasına, inkişafına, zənginləşdirilməsinə, adekvat şəkildə mənimsənilməsinə və yeni nəslin nümayəndələri tərəfindən səmərəli istifadəsinə yönəlmiş maarifləndirici tədbirlər keçiriləcək. Tədbirlərdə azərbaycan dili üzrə mütəxəssislərdən ibarət "dəyirmi masa" ətrafında dilçiliyin aktuallıq kəsb edən müxtəlif problemlərinə, bədii və elmi əsərlərin orijinaldan tərcüməsinə dair müzakirələrin təşkili, Azərbaycan əlifbası və dilinə həsr edilmiş kitab və jurnalların nümayişi nəzərdə tutulub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Avqust, 2015 12:15 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |