1 Avqust, 2015
Bu gün ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunur

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanla hər il avqust ayının 1-i ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,,  Mədəniyyət və Turizm Nazirliyinin məlumatında bildirilir ki, bu gün münasibətilə Nazirliyin tabeliyində olan bütün kitabxanalarda ana dilinin qorunmasına, inkişafına, zənginləşdirilməsinə, adekvat şəkildə mənimsənilməsinə və yeni nəslin nümayəndələri tərəfindən səmərəli istifadəsinə yönəlmiş maarifləndirici tədbirlər keçiriləcək.

Tədbirlərdə azərbaycan dili üzrə mütəxəssislərdən ibarət "dəyirmi masa" ətrafında dilçiliyin aktuallıq kəsb edən müxtəlif problemlərinə, bədii və elmi əsərlərin orijinaldan tərcüməsinə dair müzakirələrin təşkili, Azərbaycan əlifbası və dilinə həsr edilmiş kitab və jurnalların nümayişi nəzərdə tutulub.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3552.html