|
Bakının "Məşədi Dadaş" məscidində qanvermə aksiyası keçirilibBu gün "Məşədi Dadaş" məscidində Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin müraciətinə müsbət cavab olaraq Cümə namazından sonra talassemiya (qan azlığı) xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib. Ahlibeyt.az-ın məlumatına görə, Aksiya məscidin icması ilə Azərbaycan Mərkəzi Qan Bankı və Azərbaycan Talassemiya Federasiyasının birgə layihəsi idi. Məlumata görə yüzə yaxın gəncin qatıldığı aksiya uğurla başa çatıb və yardıma ehtiyacı olan uşaqlara kifayət qədər qan toplanıb. Qeyd edək ki,bu Məşədi dadaş məscidində keçirilən ilk belə aksiya deyil.Məscid icması ilə Respublika Qanköçürmə mərkəzi və Talassemiyalı uşaqlara yardım təşkilatlarının qarşılıqlı razılığı ilə "Məşədi Dadaş" məscidində bir neçə dəfə bu qəbildən olan aksiyalar keçirilmişdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyul, 2015 17:31 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |