24 İyul, 2015
Bakının "Məşədi Dadaş" məscidində qanvermə aksiyası keçirilib

Bu gün  "Məşədi Dadaş" məscidində Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin  müraciətinə müsbət cavab olaraq Cümə namazından sonra talassemiya (qan azlığı) xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib.

Ahlibeyt.az-ın məlumatına görə, Aksiya məscidin icması ilə Azərbaycan Mərkəzi Qan Bankı və Azərbaycan Talassemiya Federasiyasının birgə layihəsi idi.

Məlumata görə yüzə yaxın gəncin qatıldığı aksiya uğurla başa çatıb  və yardıma ehtiyacı olan uşaqlara kifayət qədər qan toplanıb.

Qeyd edək ki,bu Məşədi dadaş məscidində keçirilən ilk belə aksiya deyil.Məscid icması ilə Respublika Qanköçürmə mərkəzi və Talassemiyalı uşaqlara yardım təşkilatlarının qarşılıqlı razılığı ilə "Məşədi Dadaş" məscidində bir neçə dəfə bu qəbildən olan aksiyalar keçirilmişdir.

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3524.html