إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bayram namazının qılınma qaydası

Fitr bаyrаmındа müstәhәbdir ki, gün qаlхаndаn sоnrа bir şey yeyib, fitrә zәkаtı vеrәndәn sоnrа bаyrаm nаmаzı qılsınlаr.

Bayram namazı zöhr namazına qədər qılınmalıdır, qılınmadıqda qəzasını yerinə yetirmək lazım deyil. Fitr namazı azan və iqamə deyilmədən qılınır, Lakin, yaxşı olar ki, niyyət etməzdən əvvəl 3 dəfə "Əs-salat" deyilsin.

Fitr bayramı gecəsi məğrib və işa namazlarından sonra habelə bayram günü sübh namazından sonra yaxşı olar ki, bu zikrlər oxunsun: (Allahu Əkbər, Allahu Əkbər, la ilahə illəllah vallahu əkbər və ilillahi həmd, Allahu Əkbər əla ma hədana) - (Allah böyükdür, Allah böyükdür, Allahdan başqa Allah yoxdur, Allah böyükdür, bizi hidayət edən Allaha şükürlər olsun. Allah böyükdür!)

Fitr bаyrаmı nаmаzı iki rәkәtdir

Birinci rәkәtdә Hәmd-Surәdәn (Fatihə və hər hansı surə, məsələn İxlas surəsi) sоnrа bеş tәkbir deyilir(Allahu əkbər) və hər təkbirdən sonra bir qunut tutulur. Beşinci qunutdan sonra yenidən təkbir deyilib ruku və iki səcdə yerinə yetirilir.

İkinci rükətdə isə "Həmd" və surədən sonra dörd təkbir(Allahu əkbər) deyilir və hər təkbirdən sonra  qunut tutulur. Sonuncu qunutdan sonra təkbir deyilib birinci rükətdə olduğu kimi ruku və iki səcdə yerinə yetirilərək təşəhhüd və salamlar deyilərək namaz bitirilir.

Birinci və ikinci rükətlərdə "Həmd" surəsindən sonra istənilən surəni oxumaq olar. Amma yaxşı olar ki, birinci rükətdə "Həmd" surəsindən sonra "Şəms", ikinci rükətdə isə "Əla" surəsi oxunsun.

Fitr bаyrаmı nаmаzının qunutlarındа istənilən duа охunsа, kifаyәtdir. Lakin ən çox təkid olunan dua budur:

"Əllahummə əhləl-kibriyai vəl-əzəməh və əhləl-cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməh və əhlət-təqva vəl-məğfirəh. Əs'əlukə bihəqqi hazəl-yəvm əlləzi cəəltəhu lil-musliminə iydən və li-Muhəmmədin (səlləllahu ələyhi və alihi və səlləm) zuxrən və məziyda, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əs'əlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməs-təazə minhu ibadukəs-salihun (əl-muxləsunə, əl-muxlisun)."

QUNUTUN TƏRCÜMƏSİ - (Ey böyüklüyə və əzəmətə layiq olanAllah! Ay güzəşt və mühribanlığa layiq olan Allah! Ey bağışlamağa və günahların üstünü örtməyə layiq olan Allah! Müsəlmanlara bayram qərar verdiyin bu günün xatirinə ki, Muhəmməd və onun ailəsinə şərəf və böyüklük nəsib etdin. Muhəmməd və onun ailəsinə salam və salavat göndər. Məni Muhəmməd və onun ailəsini daxil etdiyin hər bir xeyrə daxil et və Məni Muhəmməd və onun ailəsinin çıxartdığın bütün pisliklərdən çıxar. Ona və ailəsinə rəhmətin olsun. Allahım, bu ciddiyyətlə Sənə layiq olan bəndələrinin istədiklərini Səndən diləyirəm. Və Sənə layiq olan bəndələrin pənah gətirdiklərindən Sənə pənah gətirirəm).

Müstәhәbdir ki, Fitr bаyrаmı nаmаzındа qirаәt ucаdаn оlsun.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyul, 2015  11:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!