|
|
Mingəçevir Şəhərinin Tarixi Muzeyinin yeni binasının açılış mərasimi keçiriləcəkMingəçevir şəhərində bu gün Tarix Muzeyinin yeni binası istifadəyə veriləcək Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatda bildirilir ki,muzey gələcəkdə regionun mədəni həyatında əhəmiyyətli rol oynacaq və turizm potensialının genişləndirilməsinə xidmət edəcək. Bildirilib ki, Mingəçevir Şəhər Tarixi Muzeyi 1968-ci il yanvarın 11- də M.Davudova adına Mingəçevir Dram Teatrının binasının bir otağında, 50 eksponatla fəaliyyətə başlayıb. Hazırda muzey işçilərinin əməyi nəticəsində muzeyin fondu 15 mindən çox eksponat təşkil edir. 1985-ci ildə muzey 9 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində uyğunlaşdırılmış sahəyə köçürülüb və 2013-cü ilə qədər həmin binada fəaliyyət göstərib. Xatırladaq ki, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Mingəçevir Şəhər Tarixi Muzeyi yeni binaya köçürülüb. Nazirlik tərəfindən burada təmir, bərpa, rekonstruksiya işləri aparılıb və yeni ekspozisiyanın bədii tərtibat işləri həyata keçirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 İyul, 2015 10:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |