15 İyul, 2015
Mingəçevir Şəhərinin Tarixi Muzeyinin yeni binasının açılış mərasimi keçiriləcək

Mingəçevir şəhərində bu gün Tarix Muzeyinin yeni binası istifadəyə veriləcək

Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə,  Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatda bildirilir ki,muzey gələcəkdə regionun mədəni həyatında əhəmiyyətli rol oynacaq və turizm potensialının genişləndirilməsinə xidmət edəcək.

Bildirilib ki, Mingəçevir Şəhər Tarixi Muzeyi 1968-ci il yanvarın 11- də M.Davudova adına Mingəçevir Dram Teatrının binasının bir otağında, 50 eksponatla fəaliyyətə başlayıb. Hazırda muzey işçilərinin əməyi nəticəsində muzeyin fondu 15 mindən çox eksponat təşkil edir. 1985-ci ildə muzey 9 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində uyğunlaşdırılmış sahəyə köçürülüb və 2013-cü ilə qədər həmin binada fəaliyyət göstərib.

Xatırladaq ki, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Mingəçevir Şəhər Tarixi Muzeyi yeni binaya köçürülüb. Nazirlik tərəfindən burada təmir, bərpa, rekonstruksiya işləri aparılıb və yeni ekspozisiyanın bədii tərtibat işləri həyata keçirilib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3462.html