|
Dini təyinatlı ədəbiyyat və vastə nüsxələrinə nəzarət markaları simvolik qiymətə veriləcək
Nazirlər Kabinetinin 1 iyul 2015-ci il tarixdə “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”na etdiyi dəyişikliyə əsasən dini təyinatlı vasitələr üçün nəzarət markaları artıq Müəllif Hüquqları Agentliyindən yox, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən alınacaq. Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına əsasən Nazirlər Kabineti “Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib. Bildirilir ki,indiyə qədər qüvvədə olan “Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə” qərara əsasən nəzarət markası verilən nüsxələrin növləri kimi audiovizual, fonoqram, kompüter proqramı, məlumat toplusu və kitab nüsxələri müəyyən edilib və 1 yul 2014-cü ildən 1 nəzarət nəzarət markasının alınmasına görə vahid qiymət, yəni 15 qəpik ödənilib. Dəyişikliyə əsasən nəzarət markası verilən nüsxələrin növləri sırasına ayrıca dini təyinatlı nüsxələr əlavə edilib. Dini təyinatlı vasitələrin (kağız və elektron daşıyıcılarda dini ədəbiyyat, audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları) bir nüsxəsi üçün veriləcək nəzarət markalarının 1 ədədinin qiyməti 2 qəpik müəyyən edilib. Xatırladaq ki, Nazirlər Kabinetinin 1 iyul 2015-ci il tarixdə “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”na etdiyi dəyişikliyə əsasən dini təyinatlı vasitələr üçün nəzarət markaları artıq Müəllif Hüquqları Agentliyindən yox, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən alınacaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 İyul, 2015 12:28 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |